satellite   Azerspace-1: 11135 H 30000

Audiovizual yerüstü yayım həyata keçirən və çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının siyahıları təsdiqlənib - FƏRMAN

Audiovizual yerüstü yayım həyata keçirən və çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının siyahıları təsdiqlənib<font color='red'> - FƏRMAN</font>

Prezident İlham Əliyev sentyabrın 17-də “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nın və “Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı”nın təsdiq edilməsi haqqında Fərman imzalayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Media haqqında” Azərbaycan Respublikasının 2021-ci il 30 dekabr tarixli 471-VIQ nömrəli Qanununun tətbiqi və bundan irəli gələn bir sıra məsələlərin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 fevral tarixli 1589 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

1. “Audiovizual yerüstü yayım həyata keçirən dövlət orqanlarının (qurumlarının) Siyahısı” təsdiq edilsin (əlavə olunur).

2. “Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı” təsdiq edilsin (əlavə olunur)".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM