satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev: Azərbaycan və Səudiyyə Ərəbistanı bir-birinə çox yaxındır

Prezident İlham Əliyev: Azərbaycan və Səudiyyə Ərəbistanı bir-birinə çox yaxındır

Qardaş ölkələrimiz arasında əlaqələr siyasi-iqtisadi sahələrdə də, mədəniyyət sahəsində də uğurla inkişaf edir. Biz bir-birimizə çox yaxınıq. Bizim vətəndaşlar Səudiyyə Ərəbistanına səfər edir, sizin vətəndaşlar Azərbaycana gəlir və bunu aydın şəkildə görürlər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu qəbul edərkən söyləyib.

Beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın münasibətlərimizin daha bir vacib hissəsi olduğunu qeyd edən dövlətimizin başçısı deyib: “Biz BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində göstərilən dəstəyə görə minnətdarıq. Biz bu təsisatlarda uğurla əməkdaşlıq edirik. Əminəm ki, səfəriniz zamanı həmkarlarınızla məsləhətləşmələr çərçivəsində əlaqələrimizi daha da gücləndirmək üçün hansı istiqamətdə irəli gedəcəyimiz müəyyən ediləcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM