satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti tacikistanlı həmkarına zəng edib

Azərbaycan Prezidenti tacikistanlı həmkarına zəng edib

Oktyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona zəng edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Qeyd olunub ki, dövlətimizin başçısı Tacikistan Prezidentini yubileyi münasibətilə təbrik edib, ona Tacikistan xalqının firavanlığı naminə fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Emoməli Rəhmon göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı dövlət başçıları ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafından məmnunluqlarını bildirib, əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM