satellite   Azerspace-1: 11135 H 30000

Şahbuz şəhərində məktəbdənkənar təhsil müəssisələri üçün yeni bina inşa olunur

Şahbuz şəhərində məktəbdənkənar təhsil müəssisələri üçün yeni bina inşa olunur

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, oktyabrın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şahbuz şəhərində məktəbdənkənar təhsil müəssisələri üçün inşa olunan binanın layihəsinə baxıb, tikinti işləri ilə də maraqlanıb.

Məlumat verilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olacaq binada dəmir-beton işləri yekunlaşdırılıb. Tikinti işləri yekunlaşdıqdan sonra binada Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Texniki Yaradıcılıq Mərkəzi və Turist-Diyarşünaslıq Mərkəzinin fəaliyyəti üçün şərait yaradılacaqdır.

Ali Məclisin Sədri tikinti işlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM