satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanla Türkiyə arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib

Azərbaycanla Türkiyə arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş təsdiqlənib

Dekabrın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman İmzalayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyinə isə Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM