satellite   Azerspace-1: 11135 H 30000

Miqrasiya işçiləri hər ay vəzifə maaşlarının 1,1 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar

Miqrasiya işçiləri hər ay vəzifə maaşlarının 1,1 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar

Azərbaycanda miqrasiya orqanlarının işçiləri hər ay vəzifə maaşlarının 1,1 misli məbləğində vəzifə maaşına əlavə alacaqlar.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Bu Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Sənədə əsasən, Əsasnamənin 80-ci maddəsi aşağıdakı redaksiyada verilib: Miqrasiya orqanlarının işçilərinin (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvlərinin tibbi təminatı “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.

Əsasnamənin 81-ci maddəsi ləğv edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM