satellite   Azerspace-1: 11135 H 30000

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Prezident İlham Əliyevə zəng edib

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Telefon söhbəti zamanı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edib.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Söhbət əsnasında Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının həyata keçirilməsinin bəzi praktiki, o cümlədən Azərbaycan-Ermənistan sərhədində təhlükəsizliyin təmin edilməsi ilə bağlı məsələlərinə də toxunulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM