satellite   Azerspace-1: 11135 H 30000

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, dekabrın 24-də Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Şavkat Mirziyoyev dövlətimizin başçısına ad günü münasibətilə təbriklərini çatdırıb, xalqımızın rifahı naminə fəaliyyətində ona uğurlar, möhkəm cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Özbəkistan Prezidentinə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ikitərəfli dostluq və qardaşlıq münasibətlərimizin bu il də uğurla inkişaf etdiyi vurğulanıb, yüksək səviyyəli qarşılıqlı səfərlərin, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Özbəkistana bu il ərzində 3 səfərinin əlaqələrimizin möhkəmlənməsində rolu xüsusi qeyd edilib, görüşlər zamanı əldə olunmuş razılıqların həyata keçirilməsindən məmnunluq bildirilib, əməkdaşlığımızın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM