satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşı təltif edilib - SƏRƏNCAM

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşı təltif edilib<font color='red'> - SƏRƏNCAM</font>

Prezident İlham Əliyev dekabrın 27-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü və 32-ci bəndlərini rəhbər tutaraq, “ASAN xidmət” İşçilərinin Peşə Bayramı Günü və ilk “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlamasının 10-cu ildönümü münasibətilə qərara alıram:

1.Dövlət xidmətlərinin təkmilləşdirilməsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin aşağıdakı əməkdaşları təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Mehdiyev Ülvi Ramiz oğlu

“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

Azadəliyev Elvin Sərvər oğlu

Bayramov Səbuhi Mikayıl oğlu

Əkbərov Adil Sədrəddin oğlu

Hüseynov Elvin Akif oğlu

Məmmədov Elşən Ramiz oğlu.

2. Jurnalistika sahəsində səmərəli fəaliyyətinə görə Emin Qabil oğlu Musaviyə “Əməkdar jurnalist” fəxri adı verilsin".

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM