satellite   Azerspace-1: 11135 H 30000

Oftalmoloqlar Naxçıvanda bir araya gələcəklər

Oftalmoloqlar Naxçıvanda bir araya gələcəklər

Dekabrın 16-da Naxçıvan Mərkəzi Xəstəxanasında Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin X Regional Konfransı və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin növbəti aksiyası keçiriləcək.

Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, konfransın məqsədi oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək, region həkimlərinin iştirakını təmin etmək və onların da həmin yeniliklərdən istifadə etməsinə dəstək olmaqdır. Konfransda region və mərkəzin həkim heyəti iştirak edəcək və öz məruzələri ilə çıxış edəcəklər.

Aksiyada isə məqsəd pasientləri operativ şəkildə müayinə-müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə və həll etməkdir.

Konfransda “Azərbaycanın rayonlarında səyyar oftalmoloji yardımın təşkili”, “Orbitanın yad cisimlərinə dair”, “Ordunun döyüş hazırlığının yüksəldilməsi istiqamətində hərbi və mülki oftalmoloqların qarşılıqlı fəaliyyəti”, “Gecikmiş mərhələdə torlu qişanın qopmaları”, “Diqqət! Endoftalmit!”, “Cərrahi əməliyyatlarla bağlı rast gəlinən fəsadlar. Həkim səhvinin rolu nə qədərdir?”, “Oftalmoloji yardımın III etapında torlu qişanın reqmatogen qopması diaqnozu ilə xəstələrin demoqrafik və klinik səciyyələri”, “Naxçıvan Muxtar Respublikasında qlaukoma xəstəliyinin yayılması” kimi məsələlər müzakirə ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM