satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda antibiotiklərin reseptsiz satılması qadağan olunur - VİDEO

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Antibiotiklərdən reseptsiz istifadə yolverilməzdir” mövzusunda konfrans keçirilib. Tədbirdə 200-dən çox tibb işçisi və əczaxana fəaliyyəti ilə məşğul olan sahibkarlar iştirak edib.

Naxçıvan Muxtar Respublika Xəstəxanasında  keçirilən konfransda Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov diqqətə çatdırıb ki, muxtar respublikada reseptsiz antibiotik satışına nəzarətin daha da artırılması ilə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin 7 iyun 2023-cü il tarixli kollegiya qərarı qəbul edilib. Qərara əsasən, muxtar respublika ərazisində antibiotiklərin reseptsiz satılması qadağan olunur və antibiotiklərdən özbaşına istifadə yolverilməzdir.

Naxçıvan televiziyası Naxçıvan televiziyası əməkdaşlarının mövzu ilə bağlı hazırladıqları videomaterialı təqdim edir:

 

Adilə Səfərova

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM