satellite   Azerspace-1: 11135 H 30000

Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqaz regionuna sabitlik gətirdi

Hikmət Hacıyev: Azərbaycan Cənubi Qafqaz regionuna sabitlik gətirdi

Azərbaycan Cənubi Qafqaz regionuna sabitlik gətirdi. Azərbaycan-Ermənistan əlaqələrindəki istiləşməyə hamı şahiddir.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən panel iclasında çıxışı zamanı deyib.

Prezidentin köməkçisi bildirib ki, Azərbaycan Ermənistanla sülhün bərqərar edilməsində səylərini əsirgəmir. Azərbaycan heç bir parçalanmanın olmaması mühitində daha çox əməkdaşlığı təşviq edir. Azərbaycan öz öhdəliyinin üzərindən layiqincə gəlir. Cənubi Qafqazdakı təcrübəni dünyanın digər bölgələrinə yayılmasına çalışır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM