satellite   Azerspace-1: 11135 H 30000

ÜST-nin Baş direktoru: Azərbaycan COP29-a ev sahibliyi məsələsində liderlik keyfiyyətləri göstərdi

ÜST-nin Baş direktoru: Azərbaycan COP29-a ev sahibliyi məsələsində liderlik keyfiyyətləri göstərdi

Azərbaycan hökumətinə və xalqına təşəkkürümü bildirirəm ki, bu ilin sonunda COP29-a ev sahibliyi məsələsində liderlik keyfiyyətləri göstərdiniz.

Naxçıvan televiziyası xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus Bakıda keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Tedros Adhanom Qebreyesus bildirib: “Ümumdünya Səhiyyə Təşkilatı COP28-in tam bir gününü ilk dəfə olaraq səhiyyəyə həsr etmişdir. Həmçinin Azərbaycanın sədrliyi ilə COP29-un gündəliyində də səhiyyənin mühüm yerdə qalmasını səmimiyyətlə arzulayıram. Uzun illər Ümumdünya Səhiyyə Təşkilatına və onun məramına dəstək vermiş Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkürümü bildirirəm”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM