satellite   Azerspace-1: 11135 H 30000

Nazir müavini: Ermənistan indiyədək öz sərhədlərini müəyyənləşdirməyib

Nazir müavini: Ermənistan indiyədək öz sərhədlərini müəyyənləşdirməyib

Azərbaycan torpağı olan Qarabağın Ermənistanın bir hissəsi adlandırılması onların milli ideologiyasıdır, halbuki Ermənistan indiyədək öz sərhədlərini müəyyənləşdirməyib.

Naxçıvan televiziyası xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov “Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı beynəlxalq konfransda söyləyib.

Onun sözlərinə görə, Ermənistanın davranışları Alma-Ata Bəyannaməsinə ziddir. Ermənistan Konstitusiyasında dəyişiklik etməməklə bərabər, reallıqları da təhrif edir.

“Müzakirələrdə Qarabağın Azərbaycanın bir hissəsi olması barədə suallara Ermənistan tərəfi cavab verə bilmir. Çünki ölkəmizə qarşı ərazi iddiaları onların qanunvericiliyində mövcuddur”, - deyə nazir müavini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM