satellite   Azerspace-1: 11135 H 30000

Nazir: “Pakistan Azərbaycanın investorları üçün geniş imkanlar təklif edir”

Nazir: “Pakistan Azərbaycanın investorları üçün geniş imkanlar təklif edir”

Pakistan Azərbaycanın investorları üçün geniş imkanlar təklif edir.

NTV  xəbər verir ki, bunu Pakistanın dəmir yolları üzrə dövlət naziri, Pakistan Milli Assambleyasının üzvü Bilal Azhar Kayani Bakıda keçirilən II Beynəlxalq Aqrar İnnovasiyalar Forumunda deyib.

O vurğulayıb ki, Pakistanda beynəlxalq investorlar, o cümlədən Azərbaycan tərəfdaşları üçün böyük potensial mövcuddur: “Pakistan əməkdaşlığa açıqdır. Ölkə iqtisadiyyatı müsbət trayektoriyada inkişaf edir”.

Nazirin sözlərinə görə, son bir ildə Pakistanda iqtisadiyyatı sabitləşdirmək mümkün olub: “Ölkənin qızıl-valyuta ehtiyatları artıb, inflyasiya əhəmiyyətli dərəcədə azalıb, enerji resurslarının qiymətləri aşağı düşüb. Ölkədə federal hökumətin strukturunun optimallaşdırılması prosesi başlayıb. Biz investorlar üçün vahid pəncərə – Xüsusi İnvestisiyalara Dəstək Şurası (SIFC) yaratmışıq. Bütün bu tədbirlər investorlar, şirkətlər və sahibkarlar üçün iş prosesini asanlaşdırmağa yönəlib. Pakistan biznes üçün açıqdır”.

O, həmçinin bildirib ki, Pakistan Azərbaycanla münasibətlərə xüsusi önəm verir: “Bu, Pakistan xalqı üçün prioritet istiqamətlərdən biridir. Biz iki qardaş ölkəyik".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM