satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın və Pakistanın xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycanın və Pakistanın xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Pakistan İslam Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar arasında telefon danışığı olub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən NTV-yə  bildirilib ki, telefon danışığı zamanı iki ölkə arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin genişləndirilməsi imkanları, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə edilib.

Qarşılıqlı həmrəylik, dostluq və qardaşlıq münasibətlərinə əsaslanan Azərbaycan-Pakistan strateji tərəfdaşlığının siyasi, iqtisadi, təhlükəsizlik, humanitar aspektlərindən bəhs edilib, əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində mövcud imkanlardan istifadənin vacibliyi qeyd olunub.

Regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM