satellite   Azerspace-1: 11135 H 30000

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Almaniyaya səfər edib

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov Almaniyaya səfər edib

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov fevralın 25-də Almaniya Federativ Respublikasına səfər edib.

NTV xəbər verir ki, X.Xələfov səfər çərçivəsində Almaniya Parlamentində (Bundestaq) və Xarici İşlər Nazirliyində görüşlər keçirib.

Görüşlərdə Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti müzakirə olunub və qarşılıqlı əməkdaşlıq fəaliyyətlərinin genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Regionda davamlı sülhün bərqərar olunması, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsi istiqamətində ölkəmizin səyləri və təşəbbüsləri, eləcə də Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələləri də müzakirə ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM