İsveçrənin Federal Şurasının üzvü və Federal Xarici İşlər Departamentinin rəhbəri İqnasio Kassis Azərbaycanda səfərdədir.
NTV xəbər verir ki, o bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Azerbaycana ilk rəsmi səfərimi həyata keçirməkdən məmnunam. İsveçrə Azərbaycanla tərəfdaşlığı yüksək qiymətləndirir", - o yazıb.
İ. Kassis ATƏT-in fəaliyyətdə olan sədri kimi Cənubi Qafqazda dialoq, sülh, sabitlik və rifahı irəli aparmaqla yanaşı, ticarət, innovasiya və iqtisadi əlaqələr sahəsində əməkdaşlığı dərinləşdirməyi hədəflədiyini vurğulayıb:
"Bu səfər daha geniş regional təmasların başlanğıcı olacaq".
Xatırladaq ki, Kassis Azərbaycanın Şərqlə Qərb arasında körpü rolunu qabardıb.
