satellite   Azerspace-1: 11135 H 30000

Deputatlarımız AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər

Deputatlarımız AŞPA-nın komitə iclaslarında iştirak edəcəklər

Milli Məclisin deputatları Kamal Cəfərov və Erkin Qədirli AŞPA-nın Hüquqi məsələlər və insan hüquqları komitəsinin sentyabrın 5-də və 6-da keçiriləcək iclaslarında iştirak etmək üçün İsveçrənin Bern şəhərinə səfər edəcəklər.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, komitənin gündəliyinə COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlərin vətəndaş cəmiyyətinin fəaliyyətinə təsiri, peyvəndlə bağlı diskriminasiyanın qarşısının alınması, insan hüquqları və qanunun üstünlüyünə təhdidlər və digər məsələlər daxil edilib.

İclasda, həmçinin komitənin əvvəlki iclasının protokolu təsdiqlənəcək, növbəti iclasın yeri və vaxtı müəyyən ediləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM