satellite   Azerspace-1: 11135 H 30000

İqor Korotçenko: Qarabağ erməniləri siyahıya alınmalıdır

İqor Korotçenko: Qarabağ erməniləri siyahıya alınmalıdır

Qarabağda yaşayan ermənilərin siyahıya alınması vacib məsələdir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, rusiyalı ekspert, “Nasionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bu barədə özünün sosial şəbəkə hesabında yazıb.

Onun fikrincə, Qarabağ erməniləri onların dəqiq sayını və statusunu (yerli və ya gəlmə olmaları), eləcə də Ermənistan vətəndaşlığından imtina edib, Azərbaycan vətəndaşlığını qəbul etməyə hazır olub-olmadıqlarını dəqiqləşdirmək üçün siyahıya alınmalıdırlar.

“Ortaya belə bir sual çıxır- siyahıyaalma hansı mərhələdə və necə keçirilməlidir? Əlbəttə, erməni qanunsuz silahlı dəstələri Qarabağdan çıxarıldıqdan və separatçıların administrasiyası fəaliyyətini dayandırdıqdan sonra. Siyahıyaalmanı 2023-cü ildə Azərbaycan Daxili İşlər Nazirliyi və statistika orqanları həyata keçirə bilər”, - deyə İ.Korotçenko vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM