satellite   Azerspace-1: 11135 H 30000

Prezident İlham Əliyev: Azərbaycan öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına xüsusi önəm verir

Prezident İlham Əliyev: Azərbaycan öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına xüsusi önəm verir

Azərbaycan Respublikası öz Silahlı Qüvvələrinin döyüş qabiliyyətinin artırılmasına və maddi-texniki bazasının gücləndirilməsinə daim xüsusi önəm verir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Dördüncü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin iştirakçılarına məktubunda yer alıb.

Dövlətimizin başçısı bildirib ki, ölkəmiz hərbi-texniki sahədə dünyanın qabaqcıl dövlətləri ilə əməkdaşlığını inkişaf etdirməklə yanaşı, milli müdafiə sənayesi sahəsində də imkanlarını genişləndirir. “Hazırda Azərbaycan aviasiya, naviqasiya, cihazqayırma və digər istiqamətlər üzrə dünyanın 50-dən çox ölkəsinin aparıcı şirkətləri ilə sıx əməkdaşlıq edir, ölkəmizin müdafiə sənayesi müəssisələrində istehsal olunan məmulatların həcmi ildən-ilə artır”, - deyə Prezident qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM