satellite   Azerspace-1: 11135 H 30000

Madriddə Azərbaycanın və İspaniyanın xarici işlər nazirləri arasında görüş olub

Madriddə Azərbaycanın və İspaniyanın xarici işlər nazirləri arasında görüş olub

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Madriddə İspaniyanın xarici işlər, Avropa İttifaqı ilə əməkdaşlıq məsələləri naziri Xose Manuel Albareslə görüşüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Xarici İşlər Nazirliyinin tviter səhifəsinə istinadla bildirir ki, görüş zamanı ADA Universiteti və İspaniyanın Xarici İşlər və Avropa İttifaqı ilə Əməkdaşlıq Nazirliyinin Diplomatiya Məktəbi arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İspaniyanın xarici işlər naziri Xose Manuel Albares imzalayıblar.

Memorandum iki ölkə arasında təhsil və bilik mübadiləsi sahəsində əməkdaşlığa təkan verəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM