satellite   Azerspace-1: 11135 H 30000

Şarl Mişel 5 erməni hərbçinin qarşı tərəfə təhvil verilməsini alqışlayıb

Şarl Mişel 5 erməni hərbçinin qarşı tərəfə təhvil verilməsini alqışlayıb

Avropa İttifaqı (Aİ) Azərbaycanın 5 erməni hərbçinin qarşı tərəfə təhvil verməsini alqışlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel tviter səhifəsində yazıb.

“Brüsseldəki müzakirələrdən sonra daha 5 erməni hərbçinin Bakı tərəfindən təhvil verilməsini alqışlayırıq. Həll edilməmiş bütün humanitar məsələləri həlli əsas prioritetdir”, - o bildirib.

Xatırladaq ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də 5 nəfər Ermənistan hərbçisini azad edib və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM