satellite   Azerspace-1: 11135 H 30000

ADEX-2022-də “Dəmir Yumruq” perseptual kompozisiyası nümayiş etdirilib - VİDEO

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilk dəfə IV Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində – ADEX-2022-də çoxsaylı fotorepoduksiyadan ibarət “Dəmir Yumruq” perseptual kompozisiyasını nümayiş etdirib.

Komitədən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, kompozisiyanın hündürlüyü 2,25, eni isə 2,10 metrdir.

Şəkillərdə Birinci və Ikinci Qarabağ müharibələrinin qəhrəmanları, Vətən müharibəsindən döyüş səhnələri, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərə səfərləri, hərbçilərlə görüşləri, xalqımızın Zəfər sevinci, bərpa-quruculuq işlərinin gedişi və digər maraqlı tarixi anlar əks olunub.

Qarabağın azadlığı və dirçəlişi uğrunda mübarizənin şanlı tarixinin qısa fotoxronikasını təşkil edən “Dəmir Yumruq” kompozisiyası öz orijinal və maraqlı estetikası ilə Vətən müharibəsində Zəfərimizin möhtəşəmliyini bir daha göz önündə canlandırıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM