satellite   Azerspace-1: 11135 H 30000

Milli Məclisin payız sessiyasında ilk komitə iclaslarının vaxtı açıqlanıb

Milli Məclisin payız sessiyasında ilk komitə iclaslarının vaxtı açıqlanıb

Milli Məclisin payız sessiyasında ilk komitə iclasları sentyabrın 15-də təşkil olunacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Milli Məclisin rəsmi saytına istinadla xəbər verir ki, parlamentin Elm və təhsil komitəsi və Aqrar siyasət komitəsi ilk iclaslarını bu tarixdə keçirəcəklər.

Komitələr 2022-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat verəcək və 2022-ci il payız sessiyası üçün iş planını təsdiq edəcəklər.

Regional məsələlər komitəsinin payız sessiyası çərçivəsində ilk iclası isə sentyabrın 20-də olacaq. Komitənin iclasının gündəliyində müzakirə olunacaq 3 məsələdən biri də Azərbaycan Respublikasında bələdiyyələrin siyahısında dəyişiklik edilməsi ilə bağlıdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM