satellite   Azerspace-1: 11135 H 30000

UNESCO Baş direktorunun müavini UNESCO üzrə Azərbaycan Milli Komissiyasına təşəkkür edib

UNESCO Baş direktorunun müavini UNESCO üzrə Azərbaycan Milli Komissiyasına təşəkkür edib

UNESCO Afrika prioriteti proqramına, eləcə də Afrika ölkələri Milli komissiyalarının bugünkü iclasının təşkilinə göstərdiyi böyük dəstəyə görə UNESCO üzrə Azərbaycan Milli Komissiyasına təşəkkürümüzü bildiririk.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri UNESCO Baş direktorunun xarici əlaqələr və Afrika prioriteti üzrə müavini Firmin Eduard Matoko Qanada keçirilən UNESCO üzrə Afrika ölkələri Milli komissiyalarının iclasının açılışında deyib. Baş direktorun müavini F. E. Matoko Azərbaycanın Afrika ölkələrinin inkişafına göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib.

Qananın Akkra şəhərində keçirilən UNESCO üzrə Afrika ölkələri Milli komissiyalarının iclası sentyabrın 12-dən 14-dək keçiriləcək. Azərbaycan iclasda UNESCO üzrə Milli Komissiya və ADA Universitetinin nümayəndələri ilə təmsil olunur.

İclasda sentyabrın 13-də Afrika ölkələrinin UNESCO üzrə Milli komissiyaları üçün təlim proqramları, eləcə də Afrika ölkələrində təhsilin, xüsusilə də qızların təhsilinin inkişafına ölkəmizin göstərdiyi dəstək haqqında nümayəndə heyətimizin üzvləri məlumat verəcəklər. UNESCO-nun əsas tərəfdaşlarından olan ölkəmizin Afrika ölkələrində həyata keçirdiyi layihələrdən söz açılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM