satellite   Azerspace-1: 11135 H 30000

Ermənistanın itkiləri ilə bağlı rəqəmlər açıqlanıb

Ermənistanın itkiləri ilə bağlı rəqəmlər açıqlanıb

Gecə saatlarında Ermənistan-Azərbaycan sərhədində baş vermiş silahlı toqquşmalar nəticəsində erməni tərəfi itkilər verib. Bu gün Ermənistan mətbuatı itkilərlə bağlı ilkin məlumatları yayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, erməni KİV-lərinin yaydığı məlumata görə, Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin azı 10 hərbçisi yaralanıb. 

Yaralı hərbçilər Martunidə (Aşağı Qaranlıq-red) xəstəxanaya yerləşdirilib. Onlardan 4-nün vəziyyəti ağır olduğundan təcili İrəvana aparılıblar.

Ölənlərin sayı hələlik açıqlanmayıb. Ermənistan Müdafiə Nazirliyi itkilərin olduğunu, lakin rəqəmlərin dəqiqləşmədiyini bildirib.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM