satellite   Azerspace-1: 11135 H 30000

MN: Ordumuzun mövqeləri artilleriya atəşinə tutulub

MN: Ordumuzun mövqeləri artilleriya atəşinə tutulub

Sentyabrın 13-ü saat 16:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsin elan olunmasına baxmayaraq, Azərbaycan-Ermənistan sərhədinin Qarakilsə rayonunun Vağudi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından istifadə edərək atəşə tutub.

Müdafiə Nazirliyindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən xəbərə görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb.

"09.00-dan etibarən atəşkəsin elan olunmasına baxmayaraq, Ermənistan tərəfindən artilleriya və digər ağır silahlardan istifadə etməklə sərhəd boyunca atəşkəs intensiv şəkildə pozulur", - qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Xəzərdə zəlzələ olub

09:23 25.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM