satellite   Azerspace-1: 11135 H 30000

Şəhid Rafail Fətullayev Neftçalada dəfn olunub

Şəhid Rafail Fətullayev Neftçalada dəfn olunub

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Ermənistanın sərhəddə törətdiyi təxribat nəticəsində həlak olmuş Neftçala rayonunun Bankə qəsəbə sakini, 2003-cü il təvəllüdlü əsgər Fətullayev Rafail Rüfət oğlu Bankə qəsəbəsində dəfn olunub.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM