satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Ordusunun şəhidi və atası dəfn edilir

Azərbaycan Ordusunun şəhidi və atası dəfn edilir

Ermənistan tərəfinin təxribatı nəticəsində şəhid olmuş Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1997-ci il təvəllüdlü Vadim Qocayev və onun atası Alik Qocayev dəfn edilir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, hər iki şəxs torpağa tapşırılmaq üçün Qobustan rayonunun Sündü kənd qəbiristanlığına aparılır.

Mərasimdə ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar iştirak edirlər.

Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Xatırladaq ki, Azərbaycan Ordusunun hərbi qulluqçusu V.Qocayevin atası A.Qocayev ürəktutmadan dünyasını dəyişib.

Belə ki, V.Qocayevin nəşini gətirmək üçün Gəncəyə yollanan A.Qocayev oğlunun cənazəsini təhvil almazdan öncə infarkt keçirib və çatdırıldığı hospitalda dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM