satellite   Azerspace-1: 11135 H 30000

TÜRKPA Azərbaycan və Ermənistan sərhədində baş vermiş son vəziyyətlə bağlı bəyanat verib

TÜRKPA Azərbaycan və Ermənistan sərhədində baş vermiş son vəziyyətlə bağlı bəyanat verib

Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Katibliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində insan tələfatı və yaralanması ilə nəticələnən hərbi təxribatı ilə bağlı dərin narahatlığını bildirir və qətiyyətlə qınayır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, TÜRKPA beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini və qardaş Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına güclü dəstəyini bir daha təsdiq edərək, Cənubi Qafqazda davamlı sülh və sabitlik naminə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün səylərin əhəmiyyətini vurğulayır.

Katiblik şəhidlərin ailələrinə, qardaş Azərbaycan xalqına başsağlığı verir, qazilərimizə və xəsarət alanlara Allahdan şəfa diləyir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM