Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından, 82 və 120 millimetrlik minaatanlardan atəşə tutur.
Müdafiə Nazirliyindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.
