satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti Ermənistanın sərhəddəki təxribatını iki ölkə arasında normallaşdırma prosesinə böyük zərbə adlandırıb

Azərbaycan Prezidenti Ermənistanın sərhəddəki təxribatını iki ölkə arasında normallaşdırma prosesinə böyük zərbə adlandırıb

Azərbaycan Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib. İndi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu fikri Prezident İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışında söyləyib.

Sentyabrın 13-də Ermənistanın Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətdiyini, silahlı qüvvələrimizin bu təxribatın qarşısını qətiyyətlə aldığını diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM