satellite   Azerspace-1: 11135 H 30000

Putin: “Çox istərdim ki, Türkiyə Cümhuriyyətinin 100 illiyində Akkuyu AES istifadəyə verilsin”

Putin: “Çox istərdim ki, Türkiyə Cümhuriyyətinin 100 illiyində Akkuyu AES istifadəyə verilsin”

Türkiyədə Akkuyu AES-in tikintisi ilə bağlı bütün problemli məsələlər həll olunub, yekun sənədlər imzalanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşündə bildirib.

"Tikinti prosesinin özünün təşkili ilə bağlı müəyyən məsələlər var idi. Bildiyimə görə, bütün bu məsələlər həll olunub. Dünən bu böyük tikinti layihəsinin tərəfləri arasında bütün münasibətləri tənzimləyən yekun sənədlər imzalanıb. Çox istərdim ki, ilk blok razılaşdığımız kimi vaxtında, yəni Türkiyə Cümhuriyyətinin 100 illiyinin qeyd olunacağı 2023-cü ildə istifadəyə verilsin”, - deyə Rusiya prezidenti vurğulayıb.

Qeyd edək ki, iki lider arasında baş tutan görüş 40 dəqiqə davam edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM