satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan 32 erməni hərbçinin meyitini qarşı tərəfə təhvil verib

Azərbaycan 32 erməni hərbçinin meyitini qarşı tərəfə təhvil verib

Azərbaycan 32 erməni hərbçinin meyitini qarşı tərəfə təhvil verib.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib.

“Məlum olduğu kimi, cari ilin 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində genişmiqyaslı təxribat törədilmişdir. Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində qarşı tərəf xeyli sayda itki vermişdir.

Həmçinin bildiririk ki, hərbi əməliyyatlardan sonra bizim nəzarətimizə keçmiş ərazilərdə aşkarlanmış 32 Ermənistan hərbi qulluqçusunun meyitinə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun aidiyyəti əməkdaşları ilə birlikdə baxış keçirilmiş və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməmişdir. Sentyabrın 17-də həmin meyitlər qarşı tərəfə təhvil verilmişdir.

Hazırda Ermənistan hərbçilərinə aid digər meyitlərin müayinəsi aparılır və yaxın zamanlarda onlar da təhvil veriləcəkdir”, - Dövlət Komissiyasından bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM