satellite   Azerspace-1: 11135 H 30000

Fransa XİN: "Azərbaycan səfirliyinin hədəf alınması qəbuledilməzdir"

Fransa XİN: "Azərbaycan səfirliyinin hədəf alınması qəbuledilməzdir"

“Azərbaycanın Parisdəki səfirliyini hədəf alan qəbuledilməz insidentlərdən təəssüflənirik”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyindən bildirilib.

“Fransa rəhbərliyi səfirliyin təhlükəsizliyini bərpa etmək və onun normal fəaliyyət göstərməsi üçün bütün tədbirləri görüb. Belə hadisələrin bir daha təkrarlanmaması üçün ayıq-sayıq qalırlar”, - nazirlikdən qeyd olunub.

Xatırladaq ki, sentyabrın 18-də Fransada erməni vandalları Azərbaycanın bu ölkədəki səfirliyinə basqın ediblər.

Sentyabrın 19-da Fransanın Azərbaycandakı səfiri Zakari Qros Xarici İşlər Nazirliyinə çağırılıb və görüş zamanı bir gün öncə Fransadakı Azərbaycan səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücumla bağlı XİN-in etiraz notası Fransa səfirinə təqdim edilib.

Eyni zamanda rəsmi Bakı Azərbaycanın Fransadakı səfirliyinə qarşı bu ölkədəki radikal erməni qrupları tərəfindən törədilən hücum zamanı vurulan ziyanın ödənilməsini tələb edib

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM