satellite   Azerspace-1: 11135 H 30000

Laçında erməni təxribatı zamanı basdırılan növbəti minalar zərərsizləşdirilib - FOTOLAR

Laçında erməni təxribatı zamanı basdırılan növbəti minalar zərərsizləşdirilib<font color=red> - FOTOLAR</font> Laçında erməni təxribatı zamanı basdırılan növbəti minalar zərərsizləşdirilib<font color=red> - FOTOLAR</font>

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənməsi prosesi davam edir.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Müdafiə Nazirliyindən məlumat verilib.

Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 19-da Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 100 ədəd Э-001 М tipli piyada əleyhinə mina aşkar edilib.

Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən çıxarılıb.

Ərazidə mühəndis təminatı üzrə görülən işlər davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM