satellite   Azerspace-1: 11135 H 30000

RF Prezidenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına ciddi riayət etməyə çağırıb

RF Prezidenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına ciddi riayət etməyə çağırıb

Moskva Azərbaycanı və Ermənistanı atəşkəs rejiminə riayət etməyə çağırır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bunu Moskvada akkreditə edilmiş səfirlərin etimadnamələrinin təqdim olunması mərasimində bəyan edib.

RF Prezidenti deyib: “Vurğulayıram ki, bizim üçün yaxın dövlətlər arasında hər hansı münaqişəli vəziyyətlər bizim ciddi narahatlığımıza səbəb olur. Biz hamını təmkinlilik nümayiş etdirməyə, atəşkəs rejiminə dönmədən əməl etməyə və Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına ciddi riayət etməyə çağırırıq”.

V.Putin daha sonra qeyd edib ki, münaqişənin həlli yolu Rusiya tərəfindən məşvərət köməyi göstərilməklə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində birgə peşəkar iş aparmaqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM