satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan icması Ermənistanın Berlindəki səfirliyinin önündə piket təşkil edib

Azərbaycan icması Ermənistanın Berlindəki səfirliyinin önündə piket təşkil edib

Almaniyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları Ermənistanın Berlindəki səfirliyi qarşısında piket keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, piket iştirakçıları ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz edib, Azərbaycan ərazilərində minaların basdırılması və itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı haqq səslərini ucaldıblar.

Piketdə Azərbaycan və Türkiyənin bayraqları dalğalandırılıb. “Qarabağ Azərbaycandır!”, “Azərbaycan sülh istəyir!”, “Ermənistan, öz qeyri-qanuni qoşunlarını Qarabağdan çıxar!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan, təcavüzkar siyasətini dayandır!”, “Ermənistan, terroru dayandır!” və sairə şüarlar səsləndirən soydaşlarımız təxribatlara etirazlarını ifadə ediblər.

Soydaşlarımız Almaniya siyasi dairələrinin və ictimaiyyətinin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM