satellite   Azerspace-1: 11135 H 30000

İƏT-in baş katibi: Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsinə və dinlərarası dialoqa töhfə verir

İƏT-in baş katibi: Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsinə və dinlərarası dialoqa töhfə verir

Xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hissein Brahim Taha ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, nazir Ceyhun Bayramov ölkəmizin İƏT ilə əməkdaşlığa yüksək əhəmiyyət verdiyini və təşkilatla çox sıx əməkdaşlığın aparıldığını qeyd edib. İƏT-in ənənəvi olaraq Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə, ərazi bütövlüyü və suverenliyinə dəstək verdiyi minnətdarlıqla vurğulanıb. Ermənistanın ölkəmizə qarşı son təxribatları barədə ətraflı məlumat təqdim edilərək İƏT tərəfindən vəziyyətlə bağlı verilmiş bəyanatın əhəmiyyəti qeyd olunub. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə səmərəli əməkdaşlığı davam etdirməkdə qətiyyətli olduğu bildirilib.

Baş katib Hissein Brahim Taha Azərbaycanın İƏT-in fəal üzvü olduğunu, İslam həmrəyliyinin gücləndirilməsinə, mədəniyyətlər və dinlərarası dialoqa verdiyi töhfəni xüsusilə qeyd edib. O, cari ildə ölkəmizə səfərini və keçirilmiş görüşləri məmnunluqla xatırlayıb.

Görüşdə, həmçinin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlıq gündəliyinin aktual məsələləri, regional vəziyyət və təşkilat çərçivəsində ölkəmizlə birgə təhsil, mədəniyyət və bir sıra digər sahələrdə tədbirlər planları ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM