satellite   Azerspace-1: 11135 H 30000

Prezident: Minsk qrupunun həmsədrləri Laçında qanunsuz məskunlaşma aparılırdığını görür, ancaq buna göz yumurdular

Prezident: Minsk qrupunun həmsədrləri Laçında qanunsuz məskunlaşma aparılırdığını görür, ancaq buna göz yumurdular

Laçın şəhərinin böyük hissəsi tamamilə viran qoyulub, dağıdılıb, bəzi yerlərdə qanunsuz məskunlaşma aparılıb. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, o cümlədən bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədrləri buna, sadəcə olaraq, göz yumurdular.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağının ucaldılması mərasimindəki çıxışında deyib.

“Halbuki, dəfələrlə bu mənzərəni görürdülər, dəfələrlə. Bax, bu yolla Ermənistandan Qarabağa, Qarabağdan Ermənistana gedərək görürdülər ki, burada qanunsuz məskunlaşma aparılır. Görürdülər ki, Azərbaycan toponimləri sıradan çıxarılır. Görürdülər ki, bizim tarixi, qədim Azərbaycan torpağı olan Laçın erməniləşdirilir, burada qanunsuz məskunlaşma aparılır. Ancaq buna göz yumurdular, sanki bununla razılaşırdılar. Biz Azərbaycan xalqı isə bununla heç vaxt razılaşa bilməzdik. Mən hər dəfə deyirdim ki, heç vaxt imkan verə bilmərik bizim torpağımızda ikinci erməni dövləti yaradılsın ”, - deyə dövlətimizin başçısı qeyd edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Türkiyədə zəlzələ olub

09:06 24.05.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM