Azərbaycan Prezidentinin Laçına səfəri və söylədiyi fikirlər Gürcüstan KİV-in diqqət mərkəzindədir

Azərbaycan Prezidentinin Laçına səfəri və söylədiyi fikirlər Gürcüstan KİV-in diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin erməni işğalından azad edilmiş Laçın rayonuna növbəti səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aktual.ge, 24news.ge, kavkasia.net, interprees.ge portalları Azərbaycan Prezidentinin bu səfəri ilə bağlı silsilə materiallar dərc edib.

Azərbaycanın dövlət başçısının çıxışından sitatlarla verilən materiallarda deyilir: “Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar. Bizimlə heç kim ultimatum dili ilə danışa bilməz və heç kimə də bel bağlamasınlar Bizi heç kimin çağırışı, heç bir bəyanatı, heç bir təşəbbüsü dayandırmayacaq. İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz sərhədlərə çıxdıq. Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Biz şəhidlərimizin canı, qanı bahasına, qəhrəman əsgər və zabitlərimizin fədakarlığı sayəsində bu gün bu torpaqlardayıq”.

Mətbuat, həmçinin Azərbaycan tərəfinin 95 erməni hərbçisinin nəşinin qarşı tərəfə təhvil verməsi barədə materiallar yayıb.

Xəbər lenti
Çox oxunan xəbərlər