satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan və Venesuelanın XİN başçıları qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər

Azərbaycan və Venesuelanın XİN başçıları qarşılıqlı maraq doğuran regional məsələləri müzakirə ediblər

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Karlos Rafael Faria Tortosa ilə görüşüb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Ceyhun Bayramov rəsmi tviter hesabında paylaşım edib.

Görüşdə Azərbaycan-Venesuela münasibətləri, əməkdaşlıq və onların perspektivləri müzakirə edilib.

Xarici işlər nazirlərinin görüşündə, həmçinin digər çoxtərəfli platformalar, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər də diqqət mərkəzində olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM