Antalyada Azərbaycan Ordusuna dəstək və erməni təxribatlarına etiraz məqsədilə tədbir keçirilib - FOTOLAR

Antalyada Azərbaycan Ordusuna dəstək və erməni təxribatlarına etiraz məqsədilə tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Antalyada Azərbaycan Ordusuna dəstək və erməni təxribatlarına etiraz məqsədilə tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Antalyada Azərbaycan Ordusuna dəstək və erməni təxribatlarına etiraz məqsədilə tədbir keçirilib<font color=red> - FOTOLAR</font> Antalyada Azərbaycan Ordusuna dəstək və erməni təxribatlarına etiraz məqsədilə tədbir keçirilib<font color=red> - FOTOLAR</font>

Sentyabrın 23-də Türkiyənin Antalya vilayətində Azərbaycan Ordusuna dəstək və son zamanlar Ermənistan tərəfindən törədilən təxribatlara etiraz məqsədilə tədbir keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbir Antalyada fəaliyyət göstərən Azərbaycan Xalqlar Dostluğu Dərnəyi tərəfindən təşkil olunub.

Mərasimdə mediaya açıqlama verilib.

Dərnəyin İdarə Heyətinin sədri Lalə Həsənovanın imzası ilə yayımlanan açıqlamada deyilir: “2022-ci il sentyabrın 22-də erməni silahlı qrupları Azərbaycan-Ermənistan sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində geniş çaplı təxribatlar törədiblər. Ermənistan silahlı qüvvələri Azərbaycanın nəzarətində olan boş ərazilərə tələ-minalar yerləşdirərək sərhəddəki Azərbaycan əsgərlərinə atəş açıblar. Ermənistanın silahlı qrupları cavab atəşi ilə susdurulsa da, təxribat nəticəsində 80 əsgərimiz şəhid olub, 300-ə yaxın hərbçimiz yaralanıb. Xatırlatmaq istəyirik ki, bu hadisələr Vətən müharibəsi başa çatdıqdan günümüzədək davam edir.

Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşması üçün irəli sürülən beş maddə rəsmi Yerevan tərəfindən qəbul edilsə də, onların bu günədək öhdəliklərə əməl etmədiyi açıq şəkildə görünür.

Azərbaycan Xalqlar Dostluğu Dərnəyi olaraq dünya ictimaiyyətinə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının 30 aprel 1993-cü il tarixində qəbul etdiyi 822 saylı qərarında erməni işğalçı qüvvələrdən başda Kəlbəcər bölgəsi olmaqla Dağlıq Qarabağdan dərhal geri çəkilmələrinin tələb olunduğunu xatırladır, Ermənistanın bu addımlarının davam edən normallaşma və sülh prosesinə tamamilə zidd olduğunu vurğulayırıq.

Vətənimizin işğaldan azad edilən bu torpaqlarında genişmiqyaslı bərpa və inşaat işləri həyata keçirilərkən, Ermənistanın bu təxribatlarının normallaşma prosesini hər şəkildə ləngitdiyi hər kəsə məlumdur.

Bir daha bütün beynəlxalq qurumlara səslənərək dünya ictimaiyyətindən bu cür vəziyyətlərin yenidən təkrarlanmaması üçün beynəlxalq hüquq normalarına uyğun, təsirli addımlar atılmasını və eyni zamanda, Ermənistan tərəfini sülhə dəvət etmək səylərini artırmasını, Ermənistanı bu cür təxribatlara son verməyə çağırmasını tələb edirik”.

Tədbirə siyasi partiyaların Antalyadakı təşkilatlarının sədrləri, təmsilçiləri, bölgənin icra hakimiyyətinin əməkdaşları, yerli və xarici QHT-lərin təmsilçiləri və digərləri qatılıblar.

Azərbaycan və Türkiyə bayraqlarının dalğalandığı mərasimdə “Qarabağ Azərbaycandır”, “Dönməz geri türkün əsgəri”, “Dövlətimin yanındayam” və bu kimi digər şüarlar, eləcə də milli ruhda musiqilər səsləndirilib.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM