satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov BMT-də G77 və Çin Qrupunun 46-cı illik nazirlər iclasında iştirak edib - FOTOLAR

Ceyhun Bayramov BMT-də G77 və Çin Qrupunun 46-cı illik nazirlər iclasında iştirak edib<font color=red> - FOTOLAR</font> Ceyhun Bayramov BMT-də G77 və Çin Qrupunun 46-cı illik nazirlər iclasında iştirak edib<font color=red> - FOTOLAR</font> Ceyhun Bayramov BMT-də G77 və Çin Qrupunun 46-cı illik nazirlər iclasında iştirak edib<font color=red> - FOTOLAR</font> Ceyhun Bayramov BMT-də G77 və Çin Qrupunun 46-cı illik nazirlər iclasında iştirak edib<font color=red> - FOTOLAR</font>

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-də G77 və Çin Qrupunun “Ərzaq, yanacaq və maliyyə böhranlarının aradan qaldırılması və Dayanıqlı İnkişaf Məqsədlərinə çatmağın yolları” mövzusunda 46-cı illik nazirlər iclasında iştirak edib.

Bu barədə Naxçıvan televiziyası İnformasiya Agentliyinə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 134 ölkənin xarici işlər nazirlərinin qatıldığı iclasda C.Bayramov çıxış edərək ərzaq, yanacaq və maliyyə böhranları ilə mübarizədə, habelə onların nəticələrinin aradan qaldırılmasında qlobal həmrəylik və əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Sözügedən qlobal problemlərlə mübarizədə G77-nin birgə səylərin konsolidasiyası, habelə həmrəyliyin, əməkdaşlığın möhkəmləndirilməsi və BMT sisteminin mərkəzi mövqeyinin vurğulanmasına öz töhfəsini verə biləcəyinə dair əminlik ifadə olunub.

G77-nin nisbətən yeni üzvü olmasına baxmayaraq, Azərbaycanın bu qrupun işinə fəal töhfə verməyə çalışdığı qeyd edilib. Bu xüsusda, nazir C.Bayramov, Qoşulmama Hərəkatının (QH) fəaliyyətdə olan sədri kimi Azərbaycanın QH və G77 arasında səmərəli qarşılıqlı fəaliyyətin qurulmasına çalışdığını söyləyib.

Ermənistan və Azərbaycan arasında münaqişənin sona çatması, Azərbaycanın ərazi bütövlüyününün bərpa edilməsindən sonra regionda yeni reallıqların yarandığı diqqətə çatdırılıb. Bu xüsusda, nazir C.Bayramov kommunikasiyaların bərpası və Zəngəzur dəhlizinin həyata keçirilməsi yolu ilə formalaşan nəqliyyat qovşağının Çinlə Cənubi Avropa arasında ən qısa quru marşrutu təmin edəcəyini vurğulayıb.

Azərbaycanın COVID-19 pandemiyasının yaratdığı problemlərin həllində 80-dən çox inkişaf etməkdə olan ölkəyə beynəlxalq humanitar, texniki və maliyyə yardımı göstərdiyi və bundan sonra da Cənub-Cənub əməkdaşlığının etibarlı tərəfdaşlarından biri kimi öz dəstəyini əsirgəməyəcəyi bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM