satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan Prezidenti: Biz regionumuzun 30 il ərzində olduğu ağır vəziyyətdən çıxmasının tərəfdarıyıq

Azərbaycan Prezidenti: Biz regionumuzun 30 il ərzində olduğu ağır vəziyyətdən çıxmasının tərəfdarıyıq

Regional təhlükəsizlik məsələləri həmişə Azərbaycan və Rusiya münasibətlərinin gündəliyindədir. Biz bu yaxınlarda Səmərqənddə Rusiya Prezidenti ilə görüşümüzdə bu barədə danışmışıq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının Sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.

Regionumuzda sülhün bütün ölkələr, bütün xalqlar üçün zəruri olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bizim gündəliyimiz kifayət qədər birmənalıdır. Biz dəfələrlə bildirmişik ki, uzunmüddətli və davamlı sülhün, qonşularımızla bağlı bütün problemlərin həllinin və bu regionun 30 il ərzində olduğu ağır vəziyyətdən çıxmasının tərəfdarıyıq”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM