satellite   Azerspace-1: 11135 H 30000

Ukraynanın Mirqorod şəhər muzeyində “Azərbaycan guşəsi” açılıb - FOTOLAR

Ukraynanın Mirqorod şəhər muzeyində “Azərbaycan guşəsi” açılıb<font color=red> - FOTOLAR</font> Ukraynanın Mirqorod şəhər muzeyində “Azərbaycan guşəsi” açılıb<font color=red> - FOTOLAR</font> Ukraynanın Mirqorod şəhər muzeyində “Azərbaycan guşəsi” açılıb<font color=red> - FOTOLAR</font> Ukraynanın Mirqorod şəhər muzeyində “Azərbaycan guşəsi” açılıb<font color=red> - FOTOLAR</font>

Ukraynanın Mirqorod şəhərinin Tarix Muzeyində 44 günlük Vətən müharibəsinin başlanmasının ildönümü münasibətilə “Azərbaycan guşəsi” açılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) Mirqorod şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə muzeydə yaradılan guşədə 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncə, Bərdə, Tərtər və digər şəhərlərə raket hücumları nəticəsində həlak olan mülki şəxslərlə bağlı, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunan ərazilərə səfərlərini, Ordumuzun qəhrəmanlığını əks etdirən fotolar, məlumat kitabçaları sərgilənir.

BUAK-ın Mirqorod şəhər təşkilatının sədri Zamir İsmayılov jurnalistlərə bildirib ki, muzeydə 44 günlük Vətən müharibəsi ilə bağlı “Azərbaycan guşəsi”nin yaradılması artıq ənənə halını alıb. Belə ki, 2021-ci ilin müvafiq dövründə də bu guşə fəaliyyət göstərib.

Mirqorod Tarix Muzeyində 44 günlük Vətən müharibəsi ilə bağlı “Azərbaycan guşəsi” 10 gün müddətində fəaliyyət göstərəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM