satellite   Azerspace-1: 11135 H 30000

Belçikalı ekspert: Zəngəzur dəhlizi vacib layihədir

Belçikalı ekspert: Zəngəzur dəhlizi vacib layihədir

Aİ enerji asılılığını aradan qaldırmaq üçün Azərbaycanla işləyir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Belçikadan olan “New Direction” beyin mərkəzinin icraçı direktoru Vitold de Çevilli Azərbaycan beyin mərkəzlərinin I Forumunda deyib.

“Enerji asılılığının aradan qaldırılması və problemin həll olunması istiqamətində Aİ digər tərəfdaşlarla işləyir ki, bunlar arasında Azərbaycan da var. Avropa həmçinin, Mərkəzi Asiya regionunun potensialı ilə də maraqlanır. Lakin bu əməkdaşlıq üçün Qərblə Şərq arasında koridorun yaradılması vacibdir. Burada isə Zəngəzur dəhlizinin vacibliyi bir daha meydana çıxır”, - Vitold de Çevilli qeyd edib.

O, çıxışında azad olunmuş ərazilərdə yeni infrastrukturun qurulması, nəqliyyat layihələrinin sürətlə tikilməsini də vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM