satellite   Azerspace-1: 11135 H 30000

Təxribat məqsədilə Kəlbəcər istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirilib

Təxribat məqsədilə Kəlbəcər istiqamətində basdırılan növbəti minalar zərərsizləşdirilib

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənməsi prosesi davam edir.

Müdafiə Nazirliyindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, Kəlbəcər rayonunun Alagöllər ərazisində aşkar edilən növbəti 259 ədəd piyada əleyhinə PMN-Э tipli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Sentyabrın 28-dək Kəlbəcər rayonunun Alagöllər ərazisi ümumilikdə 543 ədəd piyada əleyhinə PMN-Э və 8 ədəd tank əleyhinə TM-62M minasından təmizlənib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM