satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan səfiri etimadnaməsini Almaniya Prezidentinə təqdim edib - FOTOLAR

Azərbaycan səfiri etimadnaməsini Almaniya Prezidentinə təqdim edib<font color=red> - FOTOLAR</font> Azərbaycan səfiri etimadnaməsini Almaniya Prezidentinə təqdim edib<font color=red> - FOTOLAR</font> Azərbaycan səfiri etimadnaməsini Almaniya Prezidentinə təqdim edib<font color=red> - FOTOLAR</font> Azərbaycan səfiri etimadnaməsini Almaniya Prezidentinə təqdim edib<font color=red> - FOTOLAR</font> Azərbaycan səfiri etimadnaməsini Almaniya Prezidentinə təqdim edib<font color=red> - FOTOLAR</font>

Azərbaycanın Almaniyadakı yeni səfiri Nəsimi Ağayev etimadnaməsini Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə təqdim edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Almaniya Prezidenti səfirlə söhbət edib.

Söhbətdə Almaniya Prezidentinin xarici siyasət müşaviri, XİN-in dövlət katibi və digər rəsmilər iştirak ediblər.

Səfir N.Ağayev Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Almaniyanın dövlət başçısına çatdırıb. Diplomat Azərbaycanın Almaniyada səfiri kimi akkreditə olunmasından şərəf hissi keçirdiyini söyləyərək, yeni vəzifəsində iki ölkə arasında münasibətlərin daha da dərinləşdirilməsi və möhkəmləndirilməsinə çalışacağını bildirib.

Almaniya Prezidenti Frank-Valter Staynmayer öz növbəsində Prezident İlham Əliyevin salamlarına görə minnətdarlığını bildirib, onun da səmimi salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycan-Almaniya münasibətlərinin inkişafı, regional təhlükəsizlik məsələləri, habelə digər qarşılıqlı maraq doğuran məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Almaniya Prezidentinin Berlindəki Bellevue İqamətgahında keçirilən mərasimdə Azərbaycanın Dövlət Bayrağı qaldırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM